Şirkət – Azərbaycan
Respublikasının qanunvericiliyinə
görə hüquqi şəxs olan, Proqramın
inkişafı, təşviqi, marketinq və
biznes fəaliyyətini təmin edən,
həmçinin Proqramı İstifadəçilərin
istifadəsinə təqdim edən
“FinDynamix” Məhdud Məsuliyyətli
Cəmiyyətidir.
Mobil proqram – İstifadəçi
tərəfindən İstifadəçinin mobil
cihazına yüklənən, İstifadəçinin
sifarişinə əsasən ödəniş
kartlarından mobil cihaz vasitəsilə
nağdsız qaydada əməliyyatların
icrasını təmin edən “CİB” ödəmə
sisteminin mobil tətbiqidir.
İstifadəçi Razılaşması –
Proqramdan istifadə edilməsinə dair
qaydaları və şərtləri müəyyən edən
və Tərəflər arasında münasibətləri
tənzimləyən hazırkı Razılaşmadır.
İstifadəçi – Mobil proqramdan
istifadə etmək məqsədilə bu
Razılaşmada müəyyən olunmuş qaydada
qeydiyyatdan keçmiş və bu
Razılaşmanın şərtlərini qəbul etmiş
fiziki şəxsdir.
Mobil cihaz – İstifadəçi
tərəfindən istifadə olunan, iOS və
Android əməliyyat sistemlərini
dəstəkləyən mobil telefon, smartfon,
planşet və sair bu kimi elektron
cihazdır.
Tərəflər – hazırkı
Razılaşmada əks olunan Şirkət və
İstifadəçi nəzərdə tutulur.
Kart – hazırkı Razılaşma
çərçivəsində İstifadəçi tərəfindən
nağdsız əməliyyatların icrasını
təmin etmək məqsədilə ödəmə
sisteminin mobil proqramına əlavə
edilən, Şirkətin şəbəkəsində xidmət
olunan Azərbaycan Respublikasında
fəaliyyət göstərən bank tərəfindən
emissiya edilmiş lokal, eyni zamanda
Azərbaycan Respublikasında fəaliyyət
göstərən istənilən bank tərəfindən
emissiya edilən, “MasterCard Int.”
və/və ya “VISA Int.” beynəlxalq
ödəmə sistemlərinin loqolarını
daşıyan ödəniş kartıdır.
Təchizatçı – mobil proqram
vasitəsilə iş, mal və xidmətləri
təklif edən (satan) təsərrüfat
subyektidir (kommunal xidmət
müəssisələri, mobil operatorlar,
dövlət strukturları, internet
provayderlər və sair).
2.1. Hazırkı İstifadəçi Razılaşması
(bundan sonra “Razılaşma”
adlandırılacaq) Şirkət ilə
İstifadəçi arasında “CİB” ödəmə
sisteminin mobil proqramın istifadə
edilməsinə dair münasibətləri
tənzimləyir.
2.2. İstifadəçi hazırkı Razılaşma
ilə tanış olaraq onun bütün
şərtlərini qəbul etdiyini, həmin
şərtlərə vaxtında və dəqiq əməl
edəcəyini bəyan edir.
2.3. İstifadəçi hazırkı Razılaşmanın
şərtlərinin qəbul edilməsi ilə bağlı
ona qarşı hər-hansı qanuni
məhdudiyyətin olmadığını, hazırkı
Razılaşmanın şərtlərini öz azad və
sərbəst iradə ifadəsi ilə hər-hansı
təzyiq olmadan qəbul etdiyini bəyan
edir.
2.4. İstifadəçi hazırkı Razılaşmanı
qəbul etməklə, öz şəxsi
məlumatlarının Şirkət tərəfindən
emalına və reklam məqsədi ilə
istifadə olunmasına icazə vermiş
olur.
2.5. İstifadəçi, elektron qaydada
bağlanılan hazırkı Razılaşma və ya
istənilən digər sənədlərin mövcud
qanunvericiliyə uyğun olaraq “yazılı
sövdələşmə” qüvvəsində hesab
olunduğunu qəbul edir və gələcəkdə
hazırkı Razılaşmanın və ya istənilən
digər sənədlərin etibarsızlığını
iddia etməyəcəyini bəyan edir.
2.6. İstifadəçi hazırkı Razılaşmanın
şərtlərini qəbul etdikdən və
qeydiyyat prosedurunu yerinə
yetirdikdən sonra Proqramdan
istifadə etmə hüququnu əldə edir.
Şirkət istənilən vaxt hazırkı
Razılaşmaya dəyişikliklər və/və ya
əlavələr edə bilər. Bu halda,
dəyişdirilmiş İstifadəçi Razılaşması
Mobil cihazda yerləşdirilir və
proqramdan növbəti istifadədən öncə
İstifadəçiyə İstifadəçi
Razılaşmasının yeni şərtləri barədə
xəbər verilir və yeni şərtlərin
qəbul edilməsi xahiş olunur.
İstifadəçi Razılaşmanın şərtləri ilə
razı olmadıqda Proqramın
istifadəsindən imtina edə bilər.
2.7. Hazırkı Razılaşmaya
dəyişikliklər və/və ya əlavələr
edildikdən sonra İstifadəçi ödəmə
sisteminin istifadəsinə davam
edərsə, edilmiş dəyişikliklər və/və
ya əlavələr qəbul edilmiş hesab
olunur.
3.1. Şirkət Proqramda qeydiyyat
prosedurunu keçmiş, Istifadəçi
Razılaşmasını qəbul etmiş və
Proqramdan onun funksional təyinatı
üzrə istifadə edən istənilən şəxsi
İstifadəçi kimi tanıyır.
3.2. İstifadəçi hazırkı Razılaşmanın
şərtlərini qəbul etmək üçün tələb
olunan qeydiyyat məlumatlarını Mobil
cihazda açılmış pəncərəyə daxil
edir.
3.3. İstifadəçi hazırkı Razılaşmanın
şərtlərini qəbul edərək qeydiyyat
zamanı daxil etdiyi məlumatların
düzgünlüyünü təsdiq edir və həmin
məlumatların düzgünlüyü, dolğunluğu
və etibarlılığı üçün bütün
məsuliyyəti öz üzərinə götürür.
İstifadəçi təqdim olunan
məlumatlarında hər-hansı səhv və ya
qeyri dəqiqlik nəticəsində yaranan
bütün risklərin və zərərlərin aradan
qaldırılmasını öhdəsinə götürür və
bu cür risk və zərərlə bağlı Şirkətə
qarşı hər-hansı iddiasının
olmayacağını bəyan edir.
3.4. Proqramın istifadəsinə
başlamazdan əvvəl İstifadəçi
qeydiyyat prosedurunu keçməklə onun
aktivləşdirilməsini həyata keçirir.
3.5. İstifadəçinin qeydiyyatı
aşağıdakı ardıcıllıqla yerinə
yetirilir:
3.5.1. Proqram İstifadəçi tərəfindən
Mobil cihaza yüklənilir;
3.5.2. Proqram İstifadəçi tərəfindən
Mobil cihazda işə salınır;
3.5.3. Açılmış pəncərəyə İstifadəçi
tərəfindən İstifadəçinin mobil
telefon nömrəsi daxil edilir;
3.5.4. Daxil edilən mobil telefon
nömrəsinə SMS bildiriş vasitəsilə
aktivasiya kodu göndərilir;
3.5.5. Aktivasiya kodu İstifadəçi
tərəfindən müvafiq sahəyə daxil
edilir;
3.5.6. Daxil edilən kod düzgün
olduqda Proqram aktiv olunur və
Qeydiyyat prosesinə keçid baş tutur;
3.5.7. Qeydiyyat prosesi zamanı
İstifadəçi tərəfindən İstifadəçinin
adı, elektron poçt ünvanı, şifrə və
dörd rəqəmli PİN-kod daxil edilir;
3.5.8. İstifadəçi tərəfindən qeyd
olunan məlumatlar, düzgün şəkildə
daxil edildikdən və hazırkı
Razılaşmanın şərtləri qəbul
edildikdən sonra qeydiyyat başa
çatmış hesab olunur;
3.5.9. Uğurlu qeydiyyatın nəticəsi
olaraq İstifadəçiyə qeydiyyat
nömrəsi təyin olunur;
3.5.10. PİN-kod İstifadəçi
tərəfindən Proqrama daxil olmaq üçün
istifadə olunur;
3.5.11. PİN-kodun 3 (üç) dəfə səhv
daxil edilməsi Proqramın müvəqqəti
dondurulmasına gətirib çıxarır. Bu
halda İstifadəçi qaynar xəttə
müraciət edərək qeydiyyat zamanı
daxil etdiyi şifrəni bildirir və
PİN-kodun yenidən daxil edilməsi
üçün imkan yaradılması və ya yenisi
ilə əvəz olunması istəyini bildirir;
3.5.12. PİN-kodun yenisi ilə əvəz
olunması üçün istifadəçi ayarlara
daxil olaraq bunu edə bilər;
3.5.13. İstifadəçi PİN-kodun
məxfiliyini təmin edir, onu heç bir
halda başqasına açıqlamır və ya
vermir. Bu məxfiliyin qəsdən,
səhlənkarlıq və ya hər-hansı digər
səbəb nəticəsində pozulması ilə
bağlı bütün risklər İstifadəçiyə
aiddir və gələcəkdə Şirkətə qarşı bu
öhdəliyin pozulması ilə bağlı hər
hansı iddia irəli sürülə bilməz;
3.5.14. İstifadəçinin Mobil cihazı
itirildikdə, oğurlandıqda İstifadəçi
Mobil cihazını dəyişdirməyə qərar
verdikdə, yaxud İstifadəçi mobil
telefon nömrəsini dəyişdikdə
Proqramın yenidən yazılması və
qeydiyyata alınması tələb oluna
bilər;
3.5.15. Qeydiyyat zamanı göstərilən
məlumatlarda dəyişiklik baş verdiyi
halda, İstifadəçi qeydiyyat
məlumatlarına Proqram vasitəsi ilə
müvafiq dəyişikliklər edə bilər.
4.1. Proqram iOS və Android
platformalarını dəstəkləyən Mobil
cihazlarda istifadə oluna bilər.
Proqrama çıxış istənilən mobil
operatorların abonenti olan
Istifadəçilərə verilir. Şirkət
İstifadəçilərə internetə çıxış və
məlumatların ötürülməsi xidmətlərini
göstərmir. Belə xidmətlərdən
istifadə olunması və onların
ödənişini İstifadəçi, İstifadəçiyə
internetə çıxış və məlumatların
ötürülməsi xidmətlərini göstərən
internet operatorunun müəyyən etdiyi
qaydada və şərtlər əsasında həyata
keçirir.
4.2. Proqram çərçivəsində Şirkət,
İstifadəçiyə özünün identifikasiya
məlumatlarını saxlamaq, Azərbaycan
Respublikasında fəaliyyət göstərən
istənilən bank tərəfindən istənilən
sayda emissiya edilən “MasterCard
Worldwide” və/və ya “VISA Inc.”
beynəlxalq ödəniş sistemlərinin
kartlarını Proqrama əlavə etmək,
Təchizatçıların xeyrinə ödənişləri
həyata keçirmək, özünə məxsus kart
hesabları arasında və digər
şəxslərin kart hesablarına pul
vəsaitlərini köçürmək, Proqramda
aparılmış əməliyyatların tarixçəsi
barədə müxtəlif meyarlara əsasən
çıxarış əldə etmək, əməliyyatlar
üzrə şablonlar yaratmaq, geolokasiya
xidmətlərindən istifadə etmək,
həmçinin digər xidmətlərdən
faydalanmaq imkanlarını yaradır.
4.3. Kartlarla nağdsız
əməliyyatların aparılması üçün
İstifadəçi kartının nömrəsini,
istifadə müddətini və CVV2 kodunu
açılmış müvafiq pəncərədə Proqrama
daxil edir. İstifadəçi istənilən
sayda kartını Proqrama əlavə edə
bilər.
4.4. Proqrama əlavə edilmiş kartın
mövcudluğunu və İstifadəçiyə məxsus
olduğunu yoxlamaq məqsədilə açılmış
pəncərədə daxil edilən məlumatlara
(kartın nömrəsi, istifadə müddəti və
CVV2 kodu) əsasən 3D Secure
yoxlaması həyata keçirilir. Kart 3D
Secure xidmətinə qoşulmayıbsa əlavə
edilən kart üzrə 0.5 (beş qəpik)
manat (bu vəsait kartdan silinir və
sonradan geri qaytarılır) məbləğində
ödəniş əməliyyatı həyata keçirilir.
Həyata keçirilən əməliyyat üzrə dörd
rəqəmli nömrə yaradılır və
İstifadəçi müvafiq kartı üzrə əldə
etdiyi həmin nömrəni kartı əlavə
etmək üçün istifadə edir. İstifadəçi
müvafiq əməliyyat üzrə ona daxil
olmuş SMS bildiriş və ya kartı
emissiya edən banka və ya onun
prosessinq mərkəzinə müraciət
etməklə əldə edə bilər.
4.5. Proqram çərçivəsində Şirkət
tərəfindən təklif olunan xidmətlərin
və əməliyyatların dəqiq siyahısı
Şirkət tərəfindən müstəqil şəkildə
müəyyən olunur.
4.6. Şirkət Proqram vasitəsi ilə
İstifadəçiyə müxtəlif xidmətlər üzrə
ödənişləri həyata keçirmək
imkanlarını yaradır. Bunun üçün,
İstifadəçi Proqramda kartdan (kart
hesabından) pul vəsaitinin təyinatı
üzrə köçürülməsi və ya silinməsi
barədə sərəncam verir. Sərəncamda
qeyd olunan pul vəsaiti
İstifadəçinin Proqrama əlavə etdiyi
müvafiq kartından (kart hesabından)
təyinatı üzrə silinir (köçürülür).
Ödənişlərin həyata keçirilməsi və
pul vəsaitlərinin silinməsi
(köçürülməsi), həmçinin xidmət
haqlarının tutulması üçün müvafiq
kartda (kart hesabında) kifayət
qədər vəsait olmadıqda, bu cür
əməliyyatlar həyata keçirilmir.
4.7. İstifadəçi kartından (kart
hesabından) pul vəsaitinin silinməsi
(köçürülməsi) ilə bağlı sərəncamının
hüquqi qüvvəyə malik olduğunu,
gələcəkdə həmin sərəncamın
etibarsızlığını iddia etməyəcəyini
bəyan edir.
4.8. İstifadəçinin sərəncamının
təyinatı və ya əməliyyatın məbləği
üzrə daxil etdiyi səhv məlumatlara
görə Şirkət heç bir məsuliyyət
daşımır. Bu halların qəsdən,
səhlənkarlıq və ya hər-hansı digər
səbəblər nəticəsində baş verməsi ilə
bağlı ortaya çıxan bütün risklər və
zərərlər İstifadəçiyə aiddir və
gələcəkdə Şirkətə qarşı bu halların
baş verməsi ilə bağlı hər hansı
iddia irəli sürülə bilməz.
Kart (kart hesabı) ilə bağlı bütün
münasibətlər İstifadəçi və kart
verən (emissiya edən) təşkilatlar
(banklar) arasında tənzimlənir.
5.1. Proqrama əlavə olunan hər bir
karta və Proqram vasitəsi ilə
verilmiş sərəncamlara görə
İstifadəçiyə Şirkət tərəfindən
birtərəfli qaydada xidmət haqların
tutulması tətbiq oluna bilər. Xidmət
haqların məbləği müvafiq kart əlavə
olunmazdan, sərəncamın icrası
haqqında müvafiq sərəncamın yerinə
yetirilməsindən əvvəl Proqram
vasitəsilə İstifadəçinin nəzərinə
çatdırılır. Xidmət haqları
İstifadəçinin Proqrama əlavə etdiyi
müvafiq kartından (kart
hesablarından) silinir.
5.2. Şirkət öz müstəsna mülahizəsinə
görə, ilkin və/və ya sonradan
bildiriş etmədən istənilən vaxt
xidmət haqlarını dəyişdirmək
hüququna malikdir. Dəyişdirilmiş
xidmət haqları müvafiq kart əlavə
olunmazdan, sərəncamın icrası
haqqında müvafiq sərəncamın yerinə
yetirilməsindən əvvəl Proqram
vasitəsilə İstifadəçinin nəzərinə
çatdırılır. İstifadəçi dəyişdirilmiş
xidmət haqqı ilə razılaşmadıqda
Proqramın istifadəsindən imtina edə
bilər. Xidmət haqqı dəyişdirildikdən
sonra İstifadəçi tərəfindən
Proqramın istifadəsinə davam
edilməsi xidmət haqqı ilə razılaşma
kimi qəbul olunacaqdır və gələcəkdə
xidmət haqqı İstifadəçi tərəfindən
mübahisələndirilməyəcəkdir.
6.1. İstifadəçi hazırkı Razılaşmanın
şərtlərinə tələb olunan qaydada
riayət etməli, Proqramdan hazırkı
Razılaşmanın şərtləri çərçivəsində
yalnız təklif olunan xidmətlərin
icrası üçün istifadə etməli, Proqram
çərçivəsində həyata keçirilmiş hər
hansı əməliyyat ilə bağlı sualı və
ya iddiası olduqda 14 (on dörd)
təqvim günü müddətində Şirkətə
bildirməlidir (qeyd olunan müddətdən
sonra bildirilən sual və iddialara
baxılmır).
6.2. Proqram İstifadəçinin şəxsi
istifadəsi üçün təqdim olunur və
İstifadəçi tərəfindən kommersiya
məqsədləri üçün istifadə oluna
bilməz. İstifadəçi Proqramdan
qanunsuz, fırıldaq, dələduzluq və ya
digər bədniyyətli məqsədlərlə
istifadə etməməlidir. İstifadəçi
Proqram yazılmış Mobil cihazının
qorunmasını təmin edir və üçüncü
şəxslərin müdaxiləsi ilə bağlı
məsələlərə birbaşa cavabdehlik
daşıyır. İstifadəçi Proqrama daxil
olması üçün istifadə olunan
PİN-kodun üçüncü şəxslər tərəfindən
aşkar edilməsi şübhəsi yarandıqda
dərhal PİN-kodu yenisi ilə əvəz
etməlidir.
6.3. İstifadəçi Proqram çərçivəsində
Şirkət tərəfindən İstifadəçiyə hər
cür SMS bildirişin göndərilməsinə və
İstifadəçinin məlumatlarının
elektron poçt ünvanına
göndərilməsinə öz razılığını
bildirir. Şəxsi məlumatların
saxlanması Azərbaycan
Respublikasının mövcud
qanunvericiliyinə əsasən aparılır.
6.4. İstifadəçi istədiyi vaxt
Proqrama əlavə etdiyi kartların
siyahısını dəyişdirmək (əlavə etmək
və silmək) və Proqramın istifadə
edilməsindən imtina etmək hüququna
malikdir.
7.1. Şirkət Proqramı hazırkı
Razılaşmada nəzərdə tutulmuş qaydada
İstifadəçinin istifadəsinə yüksək
keyfiyyət və təhlükəsizlik tələbləri
yerinə yetirilməklə təqdim edir,
Proqram çərçivəsində İstifadəçiyə
birbaşa əməliyyatların aparılmasına
imkan yaradır.
7.2. Hazırkı Razılaşma çərçivəsində
İstifadəçidən gələn sorğu və
şikayətləri hazırkı Razılaşmada
müəyyən edildiyi qaydada
cavablandırır.
7.3. Proqramda zərurət tələb
olunduqda yenilənmələrin həyata
keçirilməsini təmin edir. Proqramın
yeni versiyaları üzrə texniki
dəstəyin həyata keçirilməsini təmin
edir.
7.4. Şirkət hazırkı Razılaşmanın
şərtlərinin İstifadəçi tərəfindən
pozulduğunu aşkar edərsə dərhal
İstifadəçiyə Proqram üzrə
xidmətlərin göstərilməsindən imtina
etmək hüququna malikdir.
7.5. Aşağıdakı hallar istisna
olmaqla, Şirkət hazırkı Razılaşmanın
şərtlərinə əsasən Proqram
çərçivəsində İstifadəçi tərəfindən
sərancam verildiyi əməliyyatın
vaxtında və tam həcmdə
tamamlanmasını təmin edir:
7.6. İstifadəçinin müvafiq kart
hesabında kifayət qədər pul vəsaiti
olmadıqda, Təchizatçı İstifadəçinin
kartını qəbul etməyi imtina etdikdə,
müvafiq əməliyyatı qəbul edən
tərəfdə texniki nasazlıqlar baş
verdikdə, İstifadəçinin kartı (kart
hesabı) bloka salındıqda, mövcud
qanunvericiliyə əsasən İstifadəçinin
kartı (kart hesabı) üzrə
əməliyyatların aparılması qadağan
edildikdə, Şirkət əməliyyatın
səlahiyyətsiz (icazə verilməmiş)
aparılmasını güman etdikdə,
fors-major hallarında əməliyyatın
tamamlanması mümkün olmadıqda.
8.1. Şirkət hazırkı Razılaşmanın
şərtlərinə uyğun olaraq Proqramı
təqdim edir və Proqramın
İstifadəçinin istək və tələblərinə
uyğun olub-olmamasına görə
məsuliyyət daşımır.
8.2. Şirkət “Apple” şirkəti
tərəfindən dəstəklənməyən
“jailbreak” əməliyyatları aparılmış
Mobil cihazlara yüklənən Proqrama
görə heç bir məsuliyyət daşımır.
8.3. Şirkət İstifadəçinin Mobil
cihazının itirilməsi və ya
oğurlanmasına, PİN-kodun başqası
tərəfindən istifadə edilməsinə görə
heç bir məsuliyyət daşımır.
İstifadəçinin PİN-kodunun
dəyişdirilməsi, itməsi və ya üçüncü
şəxs(lər) tərəfindən ələ keçirilməsi
ilə bağlı yarana biləcək risk və
zərərlərə görə İstifadəçi məsuliyyət
daşıyır.
8.4. İstifadəçi tərəfindən əksi
sübut olunmadığı təqdirdə, Proqram
çərçivəsində bütün əməliyyatlar
İstifadəçinin Mobil cihazı
vasitəsilə İstifadəçi tərəfindən
həyata keçirilmiş hesab edilir.
Şirkət İstifadəçinin Mobil cihazı
vasitəsilə Proqramdan səlahiyyətsiz
(icazə verilməmiş) istifadə
nəticəsində yaranmış itkiyə görə heç
bir məsuliyyət daşımır.
8.5. İstifadəçi Proqramın istifadəsi
nəticəsində yaranmış hər hansı bir
itkilərin və ya digər mənfi
nəticələrin risklərini və
məsuliyyətini müstəqil şəkildə
daşıyır. Şirkət, İstifadəçiyə dəymiş
istənilən zərərə/itkilərə görə, o
cümlədən İstifadəçinin hazırkı
Razılaşmanın şərtləri ilə və ya
hazırkı Razılaşmaya edilmiş
dəyişikliklər və ya əlavələrlə tanış
olmaması və ya vaxtında tanış
olmamasına görə məsuliyyət daşımır.
Proqram çərçivəsində aparılan bütün
səlahiyyətli (icazə verilmiş) və ya
səlahiyyətsiz əməliyyatlara və
bununla əlaqədar tətbiq olunan
ödənişlərə görə İstifadəçi
cavabdehdir.
8.6. Şirkət Proqram çərçivəsində
aparılmış əməliyyatların məxfiliyini
təmin edir, bu əməliyyatlar barədə
məlumatları kartın məxsus olduğu
banka və qanunvericiliklə müəyyən
olunmuş qaydada dövlət orqanlarına
və digər səlahiyyətli şəxslərə verə
bilər.
8.7. Şirkət İstifadəçi ilə
Təchizatçılar arasında yaranmış
mübahisələr və fikir ayrılıqlarına
görə məsuliyyət daşımır.
8.8. Tərəflər hazırkı Razılaşmanın
öhdəliklərinin yerinə
yetiriliməməsinə və ya düzgün yerinə
yetirilməməsinə görə Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
9.1. Hazırkı Razılaşmadakı
öhdəliklərin yerinə yetirilməsi ilə
əlaqədar olaraq Tərəflər arasında
mübahisələr yaranarsa, belə hallar
hazırkı Razılaşmanın şərtlərinə
əsasən danışıqlar yolu ilə həll
ediləcəkdir. Tərəflər arasında
yaranan mübahisələr danışıqlar yolu
ilə həll edilə bilmədikdə,
mübahisələrə qüvvədə olan Azərbaycan
Respublikası qanunvericiliyinə uyğun
olaraq məhkəmələr vasitəsi ilə
baxılacaqdır.
9.2. İstifadəçinin hazırkı Razılaşma
çərçivəsində nəzərdə tutulmuş
halları əhatə edən iddiaları aşağıda
qeyd olunan məlumatlar əks olunmaqla
elektron formada göndərildiyi halda
Şirkət tərəfindən cavablandırılır:
9.2.1. haqqında iddia bildirilən
vəziyyətin yarandığı tarix və gün,
9.2.2. iddia bildirilən vəziyyətin
baş verdiyi şərait,
9.2.3. İstifadəçinin tələblərinin
məzmunu, həmçinin İstifadəçi ilə
əlaqə yaratmaq üçün mobil telefon
nömrəsi və elektron poçt ünvanı.
9.3. Şirkət İstifadəçinin
iddialarına onların alındığı gündən
10 (on) iş günü ərzində baxacaq və
əsaslandırılmış cavabı İstifadəçinin
iddiasında göstərilmiş rekvizitlərə
göndərəcəkdir.
9.4. Hazırkı Razılaşma ilə
tənzimlənməyən məsələlər Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq həll olunacaqdır.
10.1. Əgər hazırkı Razılaşma
İstifadəçi tərəfindən qəbul
edildikdən sonra hansısa
qarşısıalınmaz qüvvələrin təsiri
nəticəsində fövqəladə hallar
(fors-major halları) baş verərsə və
Tərəflər əvvəlcədən bunu nə görə nə
də əsaslı tədbirlər hesabına
qarşısını ala bilməzsə bu zaman
Tərəflər hazırkı Razılaşmanın
öhdəliklərinin yerinə yetirilməməsi
və ya qeyri-qənaətbəxş yerinə
yetirilməsinə görə məsuliyyətdən
azad olunurlar. Belə fövqəladə
hallara təbii fəlakətlər, daşqınlar,
zəlzələ, epidemiya, yanğın
hadisələri, kütləvi iğtişaşlar,
tətillər, inqilab, hərbi
müdaxilələr, bir başa və ya dolayı
yolla hazırkı Razılaşmada
göstərilənləri qadağan edən
qanunvericilik aktlarının, dövlət
qaydalarının, hökumət orqanları
sərəncamlarının qüvvəyə minməsi,
eləcə də Tərəflərin nəzarətində
olmayan və öhdəliklərin yerinə
yetirilməsinə maneçilik törədən
bütün başqa hallar daxildir.
Fövqəladə və həmin şəraitdə qarşısı
alına bilməyən hallar
(qarşısıalınmaz qüvvə) nəticəsində
öhdəliklərin icrası mümkün olmadıqda
öhdəliklərə xitam verilir.
Fors-major halların baş verməsi
Tərəfləri, bu hallar baş verməmişdən
əvvəl hazırkı Razılaşma üzrə yerinə
yetirilməli olduqları öhdəliklərin
icrasından azad etmir.
10.2. Proqram, həmçinin Proqram
çərçivəsində istifadə olunan bütün
“brend”lər, “loqo”lar və “ad”lar,
onların mənsub olduğu sahiblərinə
aid müvafiq ticarət nişanlarıdır.
Müəllif hüquqları daxil olmaqla,
lakin bununla məhdudlaşmayaraq
Proqram, həmçinin Proqram
çərçivəsindəki bütün digər hüquqlar
Şirkətə və ya Şirkət ilə müvafiq
müqavilələr bağlamış üçüncü
tərəflərə məxsusdur.
10.3. İstifadəçi Proqram
çərçivəsində istifadə olunan
“brend”lərdən, “loqo”lardan və
“ad”lardan Şirkətin razılığı olmadan
istifadə edə bilməz. Hazırkı
Razılaşma çərçivəsində istifadə
olunan bütün müəllif və digər
hüquqlar Azərbaycan Respublikasının
mövcud qanunları ilə tənzimlənir.
İstifadəçi hazırkı Razılaşmanın
çərçivəsində əqli mülkiyyət haqqında
Azərbaycan Respublikası
qanunvericiliyinin («Patent
haqqında», «Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında», «Əmtəə
nişanları və coğrafi göstəricilər
haqqında», digər qanunların və
əlaqədar normativ hüquqi aktların)
tələblərinə riayət edir və həmin
qanunvericiliyin pozulması
nəticəsində üçüncü şəxslərin
iddialarından Şirkəti qoruyaraq
onların qarşısında məsuliyyət
daşıyır.
10.4. Şirkət əvəzsiz olaraq
İstifadəçiyə müştəri xidməti
təqdim edir.
10.5. İstifadəçinin təqdim etdiyi
elektron ünvandan və mobil telefon
nömrəsindən daxil olan bütün
məlumatlar etibarlı hesab
olunacaqdır və gələcəkdə bu
məlumatların etibarsızlığı ilə bağlı
ortaya çıxan risk və zərərə görə
Şirkət hər-hansı məsuliyyət daşımır.
10.6. İstifadəçi Proqramın tərkibi
və funksionallığı ilə bağlı
müraciətlərini, təkliflərini və
şikayətlərini Şirkətin bu elektron
poçt ünvanına göndərə bilər:
[email protected]